AZ

Məsut Özil Sanenin ''Qalatasaray''a gəlməsi haqda nə dedi?

Yaxın keçmişin tanınmış yarımmüdafiəçilərindən olan Məsut Özil Leroy Sanenin ''Bavariya''dan ayrılaraq ''Qalatasaray''a gəlməsi barədə açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, Özil bir özəl məktəbdə şagirdlərlə görüşərkən onlardan biri ona bu mövzuda sual verib.

Daha öncə Türkiyə mətbuatında Məsutun Saneyə ''Fənərbaxça''nı yox, ''Qalatasaray''ı seçməyi məsləhət görməsi barədə iddialar ortaya atılmışdı. Halbuki Almaniya yığmasının sabiq üzvü ''Fənər''lidi və karyerasının sonunda bu klubun şərəfini də qorumuşdu. Məsut bunları deyib:
''Adlı-sanlı futbolçuların ölkəmizə gəlməsi artıq sürpriz deyil. İnşallah klublarımız da artıq Avropada uğurlu nəticələr əldə etməyə başlayar. Sanenin Türkiyəyə gəlməsi məni sevindirdi. O da mənim kimi ''Şalke-04''ün akademiyasında yetişib. Türkiyəyə gəlməmişdən öncə aramızda bəzi söhbətlər oldu. Amma mətbuatın iddia etdiyi kimi söhbətlər yox. Onu ''Qalatasaray''a mən yönləndirmədim. Sadəcə Türkiyə və İstanbuldakı həyat ilə bağlı ona məlumat verdim. İstanbulun gözəl və təhlükəsiz şəhər olduğunu dedim. Yeməklərimizi də təriflədim. Ona ''gəlsən, bizi çox sevindirmiş olarsan'' dedim və o da transferə razılıq verdi. Saneyə Türkiyədə uğurlar arzulayıram''.
Seçilən
24
1
football-plus.az

2Mənbələr