AZ

KİV: Tramp İranın Liviyaya çevrilməsindən qorxur

BAKI, 20 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana zərbə endirmək məsələsində ehtiyatlı davranır, çünki bu ölkədə Liviya ssenarisinin təkrarlana biləcəyindən ehtiyatlanır.

Teleqraf xəbər verir ki, bu barədə cümə axşamı mənbələrə istinadən "New York Post" (NYP) məlumat yayıb.

Bildirilir ki, Tramp İranın Liviyaya çevrilməsini istəmir: "Trampın Liviya haqqında narahatlığının iki səbəbi var. Biri Qəddafinin başına gələndən sonra yaranmış xaosla bağlıdır. İkincisi, Liviyaya müdaxilə Şimali Koreya və İran kimi ölkələrlə danışıqları və sövdələşmələri çətinləşdirib", - qəzetin mənbəsi deyib.

"New York Post" qəzetinin yazdığına görə, Tramp İranın Natanz və Fordodakı nüvə obyektlərinə məhdud zərbələr endirməyə meyllidir.

Qeyd edək ki, 2011-ci ildə ölkə lideri Müəmmar Qəddafinin devrilməsindən və öldürülməsindən sonra Liviya vparçalanıb. Ölkənin qərbində Tripolidə hakimiyyətə yiyələnən qüvvələrə şərqdə Liviya Milli Ordusunun dəstəklədiyi hakimiyyət orqanları arasında qarşıdurma yaşanıb.

Seçilən
17
teleqraf.com

1Mənbələr