AZ

''Yuventus''un son 22 ildə belə qələbəsi olmamışdı

Klublararası Dünya Çempionatında mübarizə davam edir.

"Football-plus.az" xəbər verir ki, ''Real'' Xabi Alonsonun debüt oyununda gözlənilmədən Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Hilal'' ilə bacara bilmədi.

1:1 hesabı ilə bitən görüşdə Federiko Valverde 92-ci dəqiqədə penaltidən yararlana bilmədi. Alonso son 33 ildə ''Real''ın başında debüt matçından bərabərliklə ayrılan 4-cü məşqçi oldu. Bu müddət ərzində bunu Fabio Kapello (1996, 1:1), Joze Mourinyo (2010, 0:0) və Rafael Benites (2015, 0:0) yaşamışdı.

''Yuventus'' isə turnirə çox inamlı şəkildə start verdi. ''Qoca Sinyora'' 2023/24-də Asiya Çempionlar Liqasının qalibi olmuş BƏƏ təmsilçisi ''Əl-Əyn''i 5:0 hesabı ilə darmadağın etdi! Qollardan birini aktivinə Türkiyə yığmasının üzvü Kənan Yıldız yazdı.

Bu nəticə sayəsində ''Yuve'' üçün bəzi mühüm göstəricilər qeydə alındı. Məsələn, komandanın beynəlxalq matçda sonuncu dəfə ən azı 5 top fərqli qələbəsi 22 il öncə qeydə alınmışdı. 2003-cü ilin dekabrında ''Olimpiakos'' 7:0 hesabı ilə darmadağın edilmişdi.

Bundan başqa Turin nəhəngi son 7 ildə ilk dəfə bir matçın ilk yarısına 4 qol sığışdırdı. Sonuncu dəfə bu hadisə 2018-in fevralında ''Sassuolo'' ilə oyunda yaşanmışdı.

Seçilən
36
1
football-plus.az

2Mənbələr