BAKI, 16 iyun. TELEQRAF
ABŞ-də təşkil olunan klublararası dünya çempionatı çərçivəsində B qrupunun növbəti matçında İspaniyanın "Atletiko Madrid” və ABŞ-nin "Sietl Saunders" klubları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, görüş İspaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 11-ci dəqiqədə "Atletiko"nun futbolçusu Pablo Barrios açıb. 47-ci dəqiqədə Aksel Vitsel fərqi daha da artırıb. 50-ci dəqiqədə hesab arasındakı fərqi azaldan Albert Rusnak ABŞ təmsilçisini ümidləndirsə də, Pablo Barrios 55-ci dəqiqədə fərqi yenidən iki topa çatdırıb.
Bu qələbə sayəsində "Atletiko Madrid" hesabına ilk 3 xalı yazdırıb.
Qeyd edək ki, B qrupunda II turun növbəti oyununda Fransanın "Pari-Sen Jermen" klubu Braziliyanın "Botafoqo" komandası ilə üz-üzə gələcək.