AZ

KİV: On min nəfərdən çox iranlı zəvvar ölkəyə qayıda bilmir

BAKI, 20 iyun. TELEQRAF

İsrail-İran müharibəsi fonunda İrana uçuşların dayandırılması səbəbindən təxminən 12500 iranlı zəvvar Səudiyyə Ərəbistanının Mədinə şəhərində qalıb.

Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

"Şərq vilayətlərindən olan zəvvarların geri qayıtması üçün qonşu ölkələrin hava limanlarından istifadə etmək nəzərdə tutulmuşdu, lakin bu həyata keçirilməyib", - İranın dövlət IRNA xəbər agentliyi açıqlayıb.

İran zəvvarların quru yolla geri qayıtmasını təmin etmək üçün Səudiyyə Ərəbistanı və İraqla danışıqlar aparır.

Səudiyyə Ərəbistanı iranlı zəvvarların bütün ehtiyaclarınının təmin edildiyini, onların ölkələrinə təhlükəsiz qayıtmaları üçün münbit şərait yaranana qədər hər bir xidmətin göstəriləcəyini bəyan edib.

Seçilən
15
teleqraf.com

1Mənbələr