Benyamin NetanyahuAyətullah Əli Xameneiyə zərbə endirəcəyini istisna etmir.Jurnalistlərin Xamneyinin gəzən ölü olub-olmaması ilə bağlı suala o, belə cavab verirb: "Mən əmr vermişəm və heç kim bundan qorunmur. Mən xəbər başlıqlarına deyil, hərəkətə keçməyə üstünlük verirəm". Netanyahu hesab edir ki, “müharibə zamanı sözlər diqqətlə seçilməli, hərəkətlər dəqiq olmalıdır və o,bunu “nazirlərindən də” gözləyir. Bu, Xamneyini açıq şəkildə hədələyən İsrailin müdafiə naziri Katzın üstüörtülü tənqididir. “Bütün seçimlərmümkündür”-deyəNetanyahu əlavə edib. Ancaq Netanyahu hesab edir ki,bu barədə mətbuatda danışmamaq daha yaxşıdır.
Netanyahu onu da deyib ki, ABŞ-ın müharibədə iştirakı “prezident Trampın öz qərarıdır”. “O, Amerika üçün yaxşı olanı edir, mən də İsrail üçün yaxşı olanı edəcəm” deyən Netanyahu ABŞ prezidentinin “oyunun qaydalarını yaxşı bildiyini” sözlərinə əlavə edib.Vəvurğulayıb ki, İsrail lazım gələrsə, bütün missiyanı təkbaşına yerinə yetirməyə qadirdir: “Bu əməliyyatdan sonra İsrail üçün heç bir nüvə təhlükəsi olmayacaq, ballistik təhlükə də olmayacaq”. Netanyahu onu da deyib ki, bu müharibədə “hər birimiz şəxsi bədəl ödəyirik” və “bu, mənim ailəmdən də yan keçmədi – oğlum toyunu ləğv etməli oldi”.
Surxay Əliyev