AZ

XİN rəsmisi: Bakıda keçirilmiş COP29 zamanı iqlim dəyişikliyi ilə mübarizədə konkret icra mexanizmləri təqdim edilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bonn, 19 iyun, AZƏRTAC

İlk Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake- GST) Paris Sazişinin məqsədlərinə çatmaq yolunda mühüm mərhələdir və gələcək fəaliyyətimiz üçün yol xəritəsi təqdim edir.

GST-nin qəbulu ilə müvafiq istiqamətlər müəyyənləşsə də, Bakıda keçirilmiş COP29 zamanı iqlim dəyişikliyi ilə mübarizədə konkret icra mexanizmləri təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın COP29 sədrliyinin nümayəndəsi, Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisi vəzifəsini icra edən Şahin Şahyarov Bonn İqlim Sammitində “Qlobal Qiymətləndirmə İcmalı - NDC Dialoqu” mövzusunda sessiyada çıxışı zamanı səsləndirib.

“COP29 zamanı Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul edilməklə gücləndirilmiş maliyyə və icra arxitekturası təsis edilib, Paris Sazişinin 6-cı Maddəsi üzrə qaydalar tamamlanıb, Bakı adaptasiya yol xəritəsi fəaliyyətə başlayıb. Bakıda əldə olunmuş nəticələr bütün tərəflər, xüsusilə də məhdud maliyyə imkanları olan ölkələr üçün etibarlı və real imkanlar təqdim edib.

İndiki mərhələ Paris sazişinə tərəf dövlətlərin NDC sənədlərini tamamlaması və COP30-a qədər təqdim etməsi mühüm fürsətdir. Eyni zamanda, son təhlillər göstərir ki, iddialı və yaxşı hazırlanmış NDC-lər həm iqlim risklərini azaldır, həm də innovasiyaları təşviq etməklə iqtisadi cəhətdən səmərəlidir. GST-NDC dialoqu təcrübə mübadiləsi aparmaq, ümumi maneələri müəyyənləşdirmək və yeni formalaşan qabaqcıl təcrübələri paylaşmaq üçün yaxşı imkan yaradır.

Əminik ki, bu müzakirələr NDC-lərin hazırlanması, nəzərdən keçirilməsi və icrası ilə bağlı bütün tematik sahələri əhatə etməklə yanaşı, tərəfdaşlıq və əməkdaşlığın gücləndirilməsinə də töhfə verəcək”, - deyə Şahin Şahyarov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
azertag.az

1Mənbələr