AZ

Yeni tarixi mərhələ İranda yaşayan azərbaycanlıların İranın ictimai siyasi həyatında rolunu artıra bilər

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“İranda yaşayan azərbaycanlıların İranın mövcud siyasi və geostrateji gerçəkliyinin aparıcı komponentlərindən biri olması danılmazdır. Bu səbəbdən də Azərbaycan-İran münasibətləri kontekstində Azərbaycan daima İranın təhlükəsizliyi, İranın rifahı üçün həmişə əlindən gələni edib. Əlbəttə ki, siyasi proseslər dinamikdir və tarixin müxtəlif mərhələsində İranda demoqrafik hegemoniyanın fərqli formalarını görmüşük”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Hikmət Babaoğlu danışıb. Deputat qeyd edib ki, tarixin təkərrürlərdən ibarət olduğunu qəbul etsək, görəcəyik ki, XXI əsrdə yeni tarixi mərhələdə yeni reallıqlar formalaşa bilər ki, bu da İranda yaşayan azərbaycanlıların İranın ictimai-siyasi həyatında rolunu daha da artıra bilər.

“Eyni zamanda onların İranın ictimai-siyasi həyatında daha fəal olmasına gətirib çıxara bilər ki, nəticə etibarilə bu da bütün İranda yaşayan xalqların rifahı üçün yeni bir şans və yeni bir perspektiv yaratmış ola bilər. Bu səbəbdən də oradakı azərbaycanlıların taleyi İranda yaşayan bütün xalqlar kimi, Azərbaycanın da diqqət mərkəzindədir və baş verən prosesləri Azərbaycan diqqətlə izləməkdədir”-deyə deputat Hikmət Babaoğlu bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
icma.az

1Mənbələr