Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ Silahlı Qüvvələri İsrail və İran arasında davam edən münaqişə fonunda Yaxın Şərqdəki öz obyektlərini qorumaq üçün bir sıra addımlar atıb.
“Report” xəbər verir ki, bu barədə CNN telekanalına ABŞ Müdafiə Nazirliyindəki mənbələr bildirib.
Bu məlumatlara görə, Qətərdəki Əl-Udeyd Amerika hərbi hava bazasından bütün müdafiəsiz təyyarələr çıxarılıb. Peyk görüntüləri təsdiqləyib ki, əvvəllər onların tutduğu ərazi indi boşdur. Bundan başqa, ABŞ-nin Bəhreyndəki hərbi dəniz bazasından orada olan bütün gəmilər çıxarılıb.
Mənbələrdən biri bunu “ABŞ İsrailin İranın nüvə obyektlərinə hücumlarına qoşulmağa qərar verərsə, Tehranın Amerika bazalarına və hərbçilərinə zərbələr endirmək təhdidlərinə cavab olaraq ağıllı və qabaqlayıcı tədbir” adlandırıb.
Təyyarə və gəmilərin dəqiq hara köçürüldüyü bildirilmir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.