AZ

“Heyvan sənsən, sənin atandır!”


– Ay keçi, bu ehsan deyil, ay heyvanın biri, deyirəm, sənə çıx get!

– Heyvan sənsən, sənin atandır! Bilmirsən, mənim keçimə əl vurmaq olmaz?!

– Yaxşı, Əsgər, mən sənə göstərərəm!

Kinosevərlər “O olmasın, bu olsun” filmindəki bu məşhur dialoqu yaxşı xatırlayır. Biz də təsadüfən xatırlamadıq. Filmdəki “Qoçu Əsgər” rolunu canlandıran məşhur aktyor, SSRİ Xalq artisti Möhsün Sənaninin bu gün doğum günüdür.

Azərbaycan kino və teatr səhnəsində yaddaqalan və bənzərsiz obrazların mahir oyunçusu olan Sənaninin çəkildiyi hər bir ekran işi milli kinomuzun şedevrlərindən sayılır. “Səbuhi”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və digər filmlərdə aktyorun yaratdığı koloritli obrazlar uşaqdan böyüyə hər kəsin yaddaşındadır.

Möhsün Sənani həm şəxsiyyət, həm də sənətkar kimi yaddaşlarda qalıb. Koloritli aktyor idi, milli ruhu obrazlarında da özünü aydın şəkildə büruzə verirdi. Eyni zamanda şəxsiyyəti ilə seçilirdi. Canlandırdığı obrazları da ağayana idi. Yerişi, duruşu, danışığı, baxışı ilə səhnəni dolduran aktyor idi. Onun çəkildiyi filmlərə və tamaşalara hər dəfə baxanda ürəyimizdən yalnız bir söz keçir: “nə yaxşı ki, milli kinomuzda və teatrımızda Möhsün Sənani kimi müqtədir sənətkarlar olub”.Onun haqqında uzun-uzadı danışmağa, yazmağa da ehtiyac yoxdur. Çünki o bütün sözləri yadigar qoyub getdiyi obrazları vasitəsi ilə deyib…








Seçilən
11
1
news24.az

2Mənbələr