Hazırda İran və İsrail arasında münaqişənin sülh yolu ilə həlli üçün heç bir əsas yoxdur.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Hazırda təəssüf ki, biz dinc kanala girmək üçün əsas görmürük və hiss etmirik”, – deyə Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda “İzvestiya”ya müsahibəsində bildirib.
Prezidentin nümayəndəsinin sözlərinə görə, indiyədək münaqişənin hər iki tərəfindən yalnız çoxsaylı zərbələr və bəyanatlar müşahidə olunub. O, əmindir ki, hər bir bəyanat əvvəlkindən “daha döyüşkəndir”. Dmitri Peskov döyüş zonasının genişləndirilməsi imkanlarını da nəzərdən keçirib.
Dmitri Peskov bildirib ki, Rusiya İranı dəstəkləyir, baxmayaraq ki, Tehran bunu tələb etmir. Prezidentin nümayəndəsi əlavə edib ki, Rusiya Federasiyası sülh yolu ilə nizamlanmada vasitəçi olmağa hazırdır.
//Samir Qurbanov, Editor.az