AZ

KİV: İran hələ də özünün yeni nəsil raketlərindən istifadə etməyib

BAKI, 19 iyun. TELEQRAF

İran hələ yeni nəsil raketlərindən istifadə etməyib.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Sayt yazır ki, İran raketləri İsrailin THAAD-dan Dəmir Qübbəyə qədər bütün müasir hava hücumundan müdafiə sistemlərini yarıb keçə bilir.

"İran hərbi obyektlər, neft emalı zavodları və həyati vacib infrastruktur daxil olmaqla, müxtəlif hədəfləri vurmağa imkan verən məlumatlara malikdir. Nəzərə alsaq ki, İran hələ uzun mənzilli raketlərinin bir neçə yeni nəslini nümayiş etdirməyib, davamlı sürprizlər strategiyasının olacağı proqnozlaşdırılır" - deyə, məlumatda bildirilir.

Seçilən
15
teleqraf.com

1Mənbələr