AZ

ABŞ müharibəyə daxilo olmasa…- İsrailin “B” planı nədən ibarətdir?

İsrail ABŞ-ın iştirakı olmadan İranın nüvə proqramını məhv etməyə imkan verəcək plan üzərində işləyir. Bu barədə iyunun 18-də Amerika administrasiyasındakı mənbələrə istinadən “Axios” məlumat yayıb.

Nəşr xatırladır ki, İsrailin İrandakı yeraltı obyektlərə, xüsusən də “Fordo” uran zənginləşdirmə zavoduna zərbə endirmək üçün kifayət qədər gücə malik bombası və “B-2” bombardmançı təyyarələri yoxdur. İsrail tərəfi Ağ Evə məlumat verib ki, o, yeraltı obyektlərə effektiv hücum edə bilməz, lakin “insanların köməyi ilə” onlara çata bilir. Məqalədə deyilir ki, İsrail Müdafiə Qüvvələrinin xüsusi təyinatlı qüvvələri artıq belə əməliyyatlar həyata keçirib, xüsusən də ötən ilin payızında Suriyada obyekti partlatmaqla buna nail olublar.

İsrailin İran üzərindəki səmalara tam nəzarət etdiyini nəzərə alsaq, onun müstəqil hücum planı daha real görünür. Bununla belə, İsrail rəsmiləri Trampın ABŞ-ın İrana zərbələr endirməkdə iştirakına qərar verəcəyinə inanır, – “Axios” qeyd edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
14
36
editor.az

10Mənbələr