Təcrübəli hücumçu Edin Cekonun “Fiorentina” ilə rəsmi müqavilə imzalaması an məsələsidir.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 39 yaşlı bosniyalı futbolçunun tibbi baxışdan keçdiyini və artıq “bənövşəyilər”in bazasına qatılıb.
Ceko “Fiorentina”ya azad agent statusunda qoşulur. O, son iki mövsümü Türkiyədə – “Fənərbağça”nın heyətində keçirib. İstanbul təmsilçisinin formasında çıxış etdiyi 99 oyunda 46 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Fiorentina” 2024/25 mövsümünü A Seriyada 6-cı pillədə başa vurub və növbəti mövsüm UEFA Konfrans Liqasında iştirak hüququ qazanıb. Edin Cekonun təcrübəsi və qol bacarığı komandanın avrokuboklarda ambisiyalarını gücləndirə bilər.