AZ

Yeni “qara dəlik” kəşf edildi

İndiyə qədər qeydə alınmış ən ağır qara dəliyi kəşf ediblər.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər tərəfindən “ultranəhəng” hesab edilən bu kosmik obyekt Günəşin kütləsindən 36 milyard dəfə böyükdür və təxminən 6 milyard işıq ili uzaqlıqda yerləşən bir qalaktikanın mərkəzində qərarlaşıb. Bu nadir kəşf, 2007-ci ildən bəri tanınan “Kosmik at nalı” adlı cazibə linzalanması sistemi üzərində aparılan müşahidələr zamanı mümkün olub. Qara dəliyin birbaşa müşahidəsi çətin olsa da, astronomlar onun kütləsini müəyyən etmək üçün müasir texnologiyalardan və qeyri-ənənəvi metodlardan istifadə ediblər.Araşdırmada Avropadakı MUSE cihazı və “Hubble” teleskopunun yüksək dəqiqlikli görüntüləri birləşdirilib. Bu üsul vasitəsilə qara dəliyin kütləsi hesablanıb və onun indiyə qədər ölçülmüş ən böyük qara dəlik olduğu məlum olub.

Elm adamları yaxın illərdə bu qara dəliyi və onu əhatə edən sistemləri daha yaxından izləməyi və onun kainata təsirini daha dərindən öyrənməyi planlaşdırırlar.

Seçilən
23
1
metbuat.az

2Mənbələr