AZ

Xəzər dənizi vasitəsilə konteyner daşımalarının qiyməti azalır

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Astana, 19 iyun, AZƏRTAC

TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBMN) üzrə konteyner daşımalarının qiyməti aprel ayı ilə müqayisədə may ayında azalıb.

AZƏRTAC “Argus” qiymət agentliyinə istinadla xəbər verir ki, daşıma şirkətləri iyun ayında da qiymətlərin orta hesabla daha 6 faiz enəcəyini ehtimal edir. Çindən Qırmızı dəniz vasitəsilə alternativ marşrut üzrə konteyner daşımalarının bərpası və sabitləşməsi fonunda tariflər artıq üçüncü aydır ki, ucuzlaşır.

Bazar iştirakçıları qeyd edirlər ki, artan rəqabət şəraitində daşıyıcılar Çinlə Avropa arasında Xəzər dənizi üzərindən keçən kombinə edilmiş marşrut üzrə daha aşağı tariflər təklif etməyə məcburdurlar.

Orta Dəhliz adı ilə tanınan TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinlə Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçməklə birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
5
azertag.az

6Mənbələr