AZ

Ağ Ev İranla danışıqların əsas şərtini açıqladı

BAKI, 19 iyun. TELEQRAF

İranın nüvə proqramı ilə bağlı sazişdə uran zənginləşdirilməməsi ilə bağlı müddəa əksini tapmalıdır.

Teleqraf CNN-ə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu qənaətdədir.

Livitt həmçinin Trampın İrana nüvə silahına sahib olmağa icazə verilməyəcəyi ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr