AZ

Ağ Ev: Tramp iki həftə ərzində İranla bağlı qərar verəcək

Ağ Evin sözçüsü Karolin Leavitt bildirib ki, ABŞ prezidenti Donald Tramp iki həftə ərzində İranla danışıqların baş tutacağına görə (hücum edib-etməmək) qərar verəcək.

Ağ Evin sözçüsü Leavitt mətbuat konfransında İsrail-İran gərginliyi ilə bağlı qiymətləndirmələr edib.

Leavitt ABŞ prezidenti Trampın diplomatiyaya bir daha şans vermək istədiyini qeyd edərək, İranla nüvə müzakirələri ilə bağlı nə olacağını görmək istədiyini bildirib.

ABŞ sözçüsü məlumatı birbaşa prezidentin ağzından çatdıracağını və Trampın İranla danışıqların yaxın vaxtlarda baş tutma ehtimalının yüksək olduğuna görə iki həftə ərzində İranla bağlı qərarını (hücum edib-etməmək) verəcəyini bildirib.

Seçilən
7
aznews.az

1Mənbələr