AZ

“Parma”nın yeni baş məşqçisi müəyyənləşdi

“Parma” klubunun yeni baş məşqçisi rəsmən bəlli olub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı mütəxəssis Karlos Kuesta ilə 2027-ci ilin 30 iyun tarixinədək müqavilə imzalanıb.

Sazişdə daha bir illik uzadılma opsiyası da yer alıb.

Yeni baş məşqçinin ictimaiyyətə təqdimatı 26 iyun tarixində baş tutacaq. İspaniyalı çalışdırıcı bu təyinatla İtaliya A Seriyası tarixində ikinci ən gənc baş məşqçi adına sahib çıxıb. Liqa tarixində yalnız Elio Loski ondan cavan yaşda – 1939-cu ildə 29 yaş 9 aylığında “Triestina”nı çalışdırmışdı. Yeni mövsümün startında isə Kuestanın yaşı 30 il və 25 gün olacaq.

Qeyd edək ki, “Parma” yayda baş məşqçisi Kristian Kivu ilə yollarını ayırmışdı. Rumıniyalı çalışdırıcı daha sonra “İnter”in başına keçdi. Geridə qalan A Seriyası mövsümündə “Parma” çempionatı 16-cı pillədə tamamlayaraq elita statusunu qoruyub saxlamışdı.

 

 

Seçilən
29
90deqiqe.az

1Mənbələr