AZ

İlk reaktiv paketli insanabənzər uçan robot peyda oldu - VİDEO

Reaktiv paketi olan kiçik humanoid robot fövqəladə hallar zamanı insanları xilas edə bilər.

QHT.az xəbər verir ki, İtaliya Texnologiya İnstitutunun tədqiqatçıları reaktiv mühərrikli ilk insanabənzər robotu, iRonCub3-ü orbitə uğurla çıxarıblar. Robot 70 kq ağırlığında və 1000 Nyuton təzyiq yarada bilir. İki reaktiv mühərrik bel çantasında yerləşib, əlavə iki mühərrik isə uçuşu idarə edir, bu da robotun havada sabit qalmasına imkan verir. Titan onurğası və istiliyədavamlı örtüklər robotun gücünü artırır. Süni intellekt sistemi isə turbulent hava axınlarına cavab verməyə imkan verir.

Layihə iki il ərzində həyata keçirilib və əsas məqsəd havadan kəşfiyyat aparan və fəlakət yerlərinə tez çata bilən robotlar yaratmaqdır. Gələcəkdə, iRonCub3 həm də yerə hərəkət edərək, pilləkənləri qalxmaq və maneələri dəf etmək kimi funksiyaları yerinə yetirəcək.

Bu arada, Çində insanabənzər robot döyüşləri keçirilib və Yunanıstanda avqustda ilk insanabənzər robotlar Olimpiadası təşkil ediləcək.

R.İmanov

Seçilən
6
qht.az

1Mənbələr