AZ

NFC texnologiyası 14 ildə ilk dəfə yeniləndi

Oxuma diapazonu 0,5-dən 2 santimetrə qədər artırılıb.

QHT.az xəbər verir ki, Apple, Google və digər İT nəhəngləri tərəfindən qurulan NFC Forum konsorsiumu, 14 ildən sonra NFC texnologiyasının yenilənmiş versiyası olan NFC Release 15-i təqdim edib. Yeni versiya, oxuma diapazonunu 0,5-dən 2 santimetrə qədər artırır, bu da kontaktless ödənişlər və NFC funksiyalı kilidlər üçün daha rahat istifadə imkanı yaradır. Yenilənmiş protokol, enerji istehlakını artırmadan daha böyük diapazon təklif edir və geriyə uyğunluq saxlanır, yəni köhnə terminallarla da işləyir.

Texnologiya sentyabr ayında istifadəyə veriləcək. NFC 15-in modifikasiyası və ya yalnız proqram yeniləməsi tələb edib-etməyəcəyi hələ məlum deyil. Həmçinin, ötürülən enerji gücü 1 Vt-dan 3 Vt-a qədər artırılacaq ki, bu da simsiz şarj cihazı kimi istifadəyə imkan verəcək.

 

R.İmanov

Seçilən
2
qht.az

1Mənbələr