“Barselona” “Atletik Bilbao”nun futbolçusu Niko Vilyamsla razılıq əldə edib.Metbuat.az xəbər verir ki, Vilyams “Barselona”ya transfer olmaq üçün məvacibini də azaltmağa razılıq verib. İddialara görə, Avropanın bir sıra klubları da futbolçunun xidmətində maraqlıdır. Futbolçu “Bavariya”nın təklifini rədd edib. Xəbərdə deyilir ki, futbolçunun sərbəst qalma məbləği 58 milyon avro təşkil edir.
“Atletik Bilbao” Vilyamsı klubda qalmağa razı salmağa çalışsa da, oyunçu təklifi rədd edib.