AZ

FIFA Klublararası Dünya Çempionatının oyunu dayandırıldı

BAKI, 19 iyun. TELEQRAF

FIFA Klublararası Dünya Çempionatının II turunun “Palmeyras” (Braziliya) - “Əl-Əhli” (Misir) görüşü dayandırılıb.

Teleqraf xəbər verir ki, baş hakim Entoni Teylor Nyu-Cersidə yerləşən “Midoulends” stadionunda təşkil olunan matçda futbolçuları qeyri-sabit hava şəraitinə görə 63-cü dəqiqədə paltardəyişmə otağına göndərib.

Hazırda hesab 2:0 “Palmeyras”ın xeyrinədir.

Qeyd edək ki, A qrupunda yer alan komandaların aktivində bir xal var.

Seçilən
73
teleqraf.com

1Mənbələr