BAKI, 19 iyun. TELEQRAF
Londonun ICE birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti yanvarın 21-dən bəri ilk dəfə 79 dolları ötüb.
Teleqraf xəbər verir ki, Bakı vaxtı ilə saat 19:15-ə olan məlumata görə, qiymət 79,02 dollara çatıb.
İsrailin iyunun 13-də İrana hücuma başlamasından sonra dünya bazarında neftin qiyməti kəskin artıb.