Nadir xəstəlikdən əziyyət çəkən uşaqlar dərmansız qalıblar. 7 il əvvəl onlara təyin olunan xüsusi dərmanlar artıq verilmir.
Xezerxeber.az-ın xəbərinə görə, valideynlər kömək üçün aidiyyəti qurumlara müraciət etsələr də, hələlik nəticə yoxdur. Dərmansız qalmaq uşaqların səhhətinə ciddi təsir göstərir. Onların dəriləri soyulur, bədənlərində çürümə gedir.
Valideynlər deyirlər ki, hazırda bəzi dərmanlar onlara verilir. Amma, həmin məhsullar uşaqların səhhətini yaxşıladırmır, əksinə daha pis vəziyyətə salır.
Sözügedən məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, nadir xəstəliklərlə bağlı tibbi xidmətlərin təşkili və təminatı hazırda TƏBİB-in səlahiyyətinə daxildir.
TƏBİB-ə də müraciət etdik. Bildirildi ki, dərmanların siyahısı müəyyən qaydalara əsasən tərtib edilib.
TƏBİB-dən qeyd edildi ki, dərmanlar və baxım məhsulları vaxtlı-vaxtında verilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.