AZ

“Araz-Naxçıvan”ın rəqibi yeni transferini açıqladı

BAKI, 19 iyun. TELEQRAF

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Yunanıstanın "Aris" komandası yeni transferini açıqlayıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Saloniki təmsilçisi Belçikanın “Gent” klubundan Noah Fadiqa ilə anlaşıb.

25 yaşlı sağ cinah müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Aris”lə iyulun 24-də evdə, 31-i isə səfərdə üz-üzə gələcək.

Seçilən
18
50
teleqraf.com

10Mənbələr