AZ

İsti yay günlərində nə içmək lazımdır?

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Orqanizmdə maye çatışmazlığı – yəni susuzlaşma – xüsusilə yay istisində ciddi təhlükə yaradır.

Bədənin çoxlu tər ifraz etməsi nəticəsində maye itkisi artdıqca, bütün orqan sistemlərinin fəaliyyəti pozula bilər.

BAKU.WS xəbər verir ki, rusiyalı endokrinoloq Gülna Seyidova gazeta.ru-ya müsahibəsində susuzlaşmanın əsas əlamətləri və yayda düzgün su balansını qoruma yolları haqqında danışıb.

Susuzlaşmanın əsas təhlükə siqnalları:

Susuzluq hissi – maye çatışmazlığının ilk əlamətidir;

Ağız və selikli qişaların quruluğu;

Tünd rəngli və kəskin iyli sidik;

Sidik ifrazının azalması;

Baş ağrısı və halsızlıq;

Yorğunluq, başgicəllənmə və zəiflik hissi;

Əzələ qıcolmaları (spazmlar).

Mütəxəssisin sözlərinə görə, susuzlaşma davam edərsə, daha ağır simptomlar da yarana bilər:

Şüur bulanıqlığı,

Təzyiqin kəskin enməsi,

Hətta huşun itməsi.

İstidə nə içmək lazımdır?

Gülnar Seyidova bildirir ki, Ən yaxşı və əlçatan maye – sudur. Onu tez-tez və kiçik qurtumlarla içmək məsləhətdir.

Elektrolitli içkilər (məsələn, izotonik içkilər və rehidrasiya məhlulları) duz və mineralların bərpasına kömək edir.

Təbii elektrolit mənbəyi kimi kokos suyu da faydalıdır.

Bulyonlar və şorbalar da maye ehtiyacını qarşılamaq üçün yaxşı vasitədir.

Susuzlaşmanın qarşısını necə almaq olar?

Mütəmadi su içmək, hətta susuzluq hiss etmədiyiniz halda da;

Kofeinli və alkoqollu içkiləri azaltmaq, çünki bu içkilər orqanizmdən daha çox maye çıxarır;

Açıq rəngli, yüngül geyimlər geyinmək;

Günün ən isti saatlarında günəş altında qalmamaq.

Nə vaxt həkimə müraciət edilməlidir?

Əgər susuzlaşma əlamətləri artarsa, güclü zəiflik, başgicəllənmə və ya şüur bulanıqlığı yaranırsa – təxirə salmadan tibbi yardıma müraciət etmək lazımdır.

Bəzi hallarda venadaxili maye qəbuluna ehtiyac ola bilər.

Unutmayın: vaxtında içilən su fəsadların qarşısını alır və sağlamlığınızı qoruyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
baku.ws

2Mənbələr