Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova QHT.az- a açıqlamasında məcburi köçkün qadın və uşaqlarının cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulayıb.
O, bu məsələnin yalnız sosial deyil, həm də iqtisadi tərəflərini nəzərə alaraq, onların daha yaxşı şəraitdə yaşaması üçün davamlı proqramların həyata keçirilməsinin zəruriliyini qeyd edib:
"Məcburi köçkünlər — xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisindən daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslərdir. Qeyd edək ki, Azərbaycanda 1 milyona yaxın keçmiş məcburi köçkün vardı. Ürəyi doğma yurd həsrəti ilə döyünən keçmiş məcburi köçkünlərə dövlət nə qədər yaxşı şərait yaratsa da, onların doğma yurd-yuvalarına dönmək istəyini heç nə ilə əvəz etmək mümkün deyildi. Qəribsəyən torpaqlara ayaq basmaq, erməni tapdağında qalan doğmaların məzarlarını ziyarət etmək qaçqın və məcburi köçkünlərin müqəddəs arzusu idi. Çox şükür bu gün keçmiş məcburi köçkünlər arzusuna çatmışdır. Artıq torpaqlarımız azaddır. Və doğma yurda qayıdış prosesi başlamışdır. İşlədiyimiz rayonarda məcburi köçkünlərin sayı çoxdur. Əhalinin 50 faizdən çoxu qadınlar olsa da ictimai işlərdə az təmsil olunurar . Onlar evdən bayıra çıxmırlar.Qadınların və uşaqların cəmiyyətə inteqrasiyası onların inkişafına təkan vermək deməkdir. Bunun üçün daim onları maarifləndirmək təlimlər,dəyirmi masalar yeri gələndə fərdi görüşmək lazımdır. Qayıdış öncəsi icmalarının səfərbər olunması sağlamlıq və məşğulluq problemlərinin həlli də vacib məsələlərdəndir".
Uzun illər müharibə şəraitində yaşamış ailələrdə psixoloji problemlərin artdığına diqqət çəkən Şərqiyyə Dadaşova ailə münaqişələri və intihar hallarının qarşısını almaq üçün psixoloji təlimlərin keçirilməsinin zəruriliyini vurğulayıb:
"İcma səfərbərliyi qadınların və uşaqların fəallaşmasına icmanın problemlərinin həllində yaxından iştirak etməsinə gətirib çıxarır. Bu gün qayıdış proqramında iştirak edən yaşlı nəsil bir birini tanıyır uşaq və gənclər isə hərəsi bir rayonda döğulub boya başa çatıb. Onlar baxışları müxtəlifdir. İndi görüşürlər bir birini tanımırlar .Ona görə də qayıdış icmalarında səfərbərlik təlimləri lazımdır. Keçmiş məcburi köçkün qadınların və uşaqların psixoloji dəstəyə də ehtiyacı var. Uzun illər müharibə şəraitində yaşayan ailələrdə münaqişələrin, intihar hallarının qarşısını almaq üçün psixoloji təlimlərə və xidmətlərə ehtiyac çoxdur. Artıq məcburi köçkünlir qayıdış prosesində iştirak edirlər. Uzun illər müharibə şəraitində yaşadıqları üçün psixoloji problemləri olanlar çoxdur. Bu da ailə münaqişələrinə, intihar, zorakılıq hallarının artmasına gətirib çıxarır. Ailə münaqişələri, intihar hallarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin təşkili, psixoloji təlimlərin keçirilməsi çox vacibdir".
Ardı var...
Pərvanə Fərhadqızı