ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 19 iyun, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias tamaşaçıları salamlayaraq Azərbaycan və Yunanıstan arasında mədəni əlaqələrdən danışıb.
Daha sonra konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Eyyub Quliyevin rəhbərliyi və Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx (violonçel), Teodosiya Doku (fortepiano) və Yannis Georgiadis (skripka) çıxış ediblər.
Konsert proqramında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.