Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatında bu gün sonuncu yarış günü olub. 

Offsideplus.az xəbər verir ki, son yarış günündə +100 kq. çəki dərəcəsində Azərbaycan təmsilçisi Uşangi Kokauri bürünc medal uğrunda görüşə çıxıb. İdmançımız tacikistanlı cüdoçu Temur Rahimova 1:10 hesabı ilə məğlub olaraq, dünya çempionatını medalsız başa vurub.

Qeyd edək ki, daha öncə Zelim Kotsoyev (100 kq), Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medala yiyələnmişdi.