İtaliyanın “Parma” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Msport.az xəbər verir ki, bu posta ispaniyalı Karlos Kuesta gətirilib.
Onunla 2+1 müddətinə müqavilə bağlanıb. 29 yaşlı Kuesta buna qədər “Atletiko Madrid” və “Yuventus”un U-17 komandalarında köməkçi məşqçi işləyib. O, 2020-2025-ci illərdə “Arsenal”da Mikel Artetanın məşqçilər korpusunda olub.
“Parma” ötən mövsüm seriyasında 16-cı yeri tutub.