Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova QHT.az-a verdiyi açıqlamada, yeni bir layihənin başlanğıcını müjdələdi.
Onun sözlərinə görə, bu il Ağcabədi, Xocavənd, Beyləqan və Füzuli rayonlarında “Nümunəvi Valideynlik İnstitutu” adlı layihəyə start veriləcəyini bildirib:
"2024-cü ildə Ağdam, Bərdə, Tərtər və Goranboy rayonlarında həyata keçirilmiş və uğurla nəticələnmiş bu layihənin, regionlarda erkən uşaqlıq dövrünün inkişafına sadiq olan valideynlərin maarifləndirilməsi məqsədi daşıdığını vurğulayıb.Layihənin əsas məqsədi regionlarda erkən uşaqlıq dövründə inkişafla bağlı valideynlərin/himayədarların maarifləndirilməsi və Nümunəvi Valideynlik Institutunun yaradılması üçün tədbirlərin təşkilindən ibarətdir. Bu il layihə Füzuli, Xocavənd, Beyləqan və Ağcabədi rayonlarını əhatə edəcək. Ərazilərdə layihələr həyata keçirmişik və yaxşı tanıyırıq. Əhali ilə sorğu və görüşlərdən bu ərazilərdə valideyn uşaq münasibətlərinin formalaşması üçün Erkən Uşaqlıq Dövründə İnkişaf, erkən və qohum nigahlarla ilə bağlı maarifləndirməyə ehtiyac olduğununu aşkar etdik.Ona görə bu əraziləri seçdik.İnanırıq ki, uşaqların bir şəxsiyyət kimi formalaşmasında bu layihənin böyük rolu ola bilər. Hədəf qrupu 0-8 və 13-17 yaşlı uşaqların valideynləri və ailə qurmaq ərəfəsində olan gənclərdir. Onlar tədbirlərə dəvət olunacaq və maarifləndirmə işi aparılacaq".
Şərqiyyə Dadaşova, layihənin həyata keçirildiyi rayonlarda valideyn-övlad münasibətlərinin gücləndirilməsi və erkən uşaqlıq təhsilinə dair təhsil ehtiyacının olduğunu qeyd edərək, bu sahələrdə aparılacaq maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb:
"1 ci mövzu: 0-8 yaşlı uşaqların Valideynləri “Erkən Uşaqlıq dövründə İnkişaf “mövzusunda maarifləndiriləcək. Onlar EUDİ (Erkən Uşaqlıq Dövründəİnkişaf), Bəsləyici Qayğı modelinin kompanentləri (düzgün qidalanma, sağlamlıq,ehtiyaclara uyğun qayğı,təhlükəsiz və etibarlı mühit və erkən öyrənmə imkanları), EUDİ də ataların rolu haqda haqda ətraflı məlumat alacaq. Valideynlərin davranış və təcrübələrində dəyişiklik olacaq. EUDİ, Erkən və qohum nigahların fəsadları, qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının qanunundan xəbərdar olacaqlar. Erkən uşaqlıq dövründə tərbiyədə gender mədəniyyəti formalaşacaq. Belə ki, valideynlər öz övladları ilə düzgün münasibət qura biləcəklər və onların düzgün inkişafı üçün çalışacaqlar. Cəmiyyətdə sağlam ailələrin sayı artacaq .Uşaq və valideynlər arasında münasibətdə dönüş yaranacaq".
Pərvanə Fərhadqızı