AZ

Dünya çempionatı: Azərbaycan yığması fərdi mübarizəni 3 medalla başa vurdu

BAKI. 19 iyun. TELEQRAF

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Uşangi Kokauri 3-cü yer uğrunda görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, 33 yaşlı idmançının 100 kq-dan yuxarı çəki dərəcəsində rəqibi tacikistanlı Temur Raximov olub.

Qarşılaşmadan məğlub ayrılan Kokauri 5-ci yeri tutub. Beləliklə, Azərbaycan millisi dünya çempionatında fərdi mübarizəni 3 medalla başa vurub.

Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal əldə edib, Rəşid Məmmədəliyev (73 kq) isə 7-ci yerlə kifayətlənib.

İyunun 20-də dünya çempionatında qarışıq komanda yarışlarına start veriləcək. Azərbaycan yığması mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Rəqib Almaniya kollektivi olacaq.

Seçilən
2
teleqraf.com

1Mənbələr