AZ

Şahin Mustafayev: Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünü artırmaq niyyətindəyik

BAKI, 19 iyun. TELEQRAF

"Azərbaycan Rusiya bazarına kənd təsərrüfatı məhsullarının tədarükünü artırmaq niyyətindədir".

Teleqraf xəbər verir ki, bunu Baş nazirinin müavini Şahin Mustafayev Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən "Rusiya-Azərbaycan" panelində çıxışı zamanı bildirib.

Nazir müavini vurğulayıb ki, Azərbaycan rusiyalı tərəfdaşlarla konstruktiv əməkdaşlığı davam etdirməyi planlayır:

"2014-cü ildə Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra Azərbaycan Rusiya tərəfinin xahişi ilə tədarük həcmini xeyli artırıb, həmçinin ixrac potensialının inkişafına sərmayə qoyub. Azərbaycan Rusiya bazarının tələbatına cavab verərək əhəmiyyətli investisiyalar yatırıb və kənd təsərrüfatı məhsullarının tədarükünü artırıb".

"2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 10,78 % təşkil edib ki, bu da Rusiyaya xarici iqtisadi tərəfdaşları arasında üçüncü yeri tutmağa imkan verib", - Mustafayev bildirib.

Seçilən
22
teleqraf.com

1Mənbələr