AZ

İran İsrailə yeni hücumlara başladı – YENİLƏNİB

  İran İsrailin hərbi hədəflərinə 100-dən çox kamikadze dron və raketlə hücum edib.

Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Sadiq vəd 3” əməliyyatının 15-ci mərhələsi çərçivəsində İsrailin Tel-Əviv və Hayfa şəhərlərində yerləşən hərbi obyektlərə və müdafiə sənayesinə bağlı sənaye mərkəzlərinə qarşı birgə raket və kamikadze dron hücumlarına başlayıb.

Rəsmi açıqlamada bildirilir ki, hücumun əsas hədəfi İsrailin raketdən müdafiə sistemləri olub və bu əməliyyat 100-dən çox raket və kamikadze dronlarla həyata keçirilib. İran tərəfi əməliyyatların artan intensivliklə davam edəcəyini də bəyan edib.

***

İran İsrailə kassetli bombalarla hücum edib. 

Bu barədə məlumat İsrail hökumətinin açıqlamasında yer alıb.

 
Sakinlərə bu raket qalıqlarının həyati təhlükəli olması və toxunma zamanı partlaya bilər.

***18:24

İran Silahlı Qüvvələri İsrail ərazisinə yeni raket hücumu həyata keçirib. 

Bu barədə SNN telekanalı məlumat yayıb.//Globalinfo.az

Xəbər yenilənir…  

Seçilən
26
referans.az

1Mənbələr