AZ

Almaniyada “İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqu” təşəbbüsünün hədəflərindən bəhs olunub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Orqanlarının Almaniyanın Bonn şəhərində keçirilən 62-ci sessiyası çərçivəsində “Su cəmiyyətin iqlim adaptasiyası üçün bir yol kimi: fəaliyyətə təkan verilməsi üçün Qlobal Adaptasiya Məqsədləri (GGA) üzrə sinerjilərin yaradılması” mövzusunda tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Qlobal Su Adaptasiyası Alyansı, Stokholm Beynəlxalq Su İnstitutu, Beynəlxalq Su İdarəetmə İnstitutu və digər beynəlxalq təsisatlar tərəfindən keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Aysel Rzayeva COP29 Sədrliyi Gündəliyinin “İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqu” təşəbbüsünün uyğun hədəflərindən bəhs edib.

Eyni zamanda, tədbirdə COP29-da qəbul olunan Bakı Adaptasiya Yol Xəritəsi ilə bağlı müzakirələr aparılıb.

Seçilən
29
ekologiya.az

1Mənbələr