AZ

Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir

Bakı.Trend:

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsindəkeçirilən beynəlxalq muğam ifaçıları müsabiqəsi Azərbaycan MilliKonservatoriyasında davam edir.

Trend xəbər verir ki, çüsabiqədə iştirak edən daha bir qrup gəncistedadın birinci tur üzrə muğam ifaları təqdim olunur.

Müsabiqənin ilk turuna bu gün yekun vurulacaq və ikinci turakeçəcək ifaçıların adları açıqlanacaq.

Ümumilikdə isə, müsabiqəyə Azərbaycan, Türkiyə, Tacikistan,Özbəkistan, Səudiyyə Ərəbistanı, Çindən və digər ölkələrdənümumilikdə 31 gənc muğam ifaçısı qatılıb.

Müsabiqədə Özbəkistanın sədrlik etdiyi münsiflər heyətindəAzərbaycan, Türkiyə və Almaniya təmsil olunur.

Seçilən
13
4
az.trend.az

8Mənbələr