AZ

Pensiya çıxana qədər xidmət edəcək: Ən etibarlı ikinci əl "Lexus" avtomobilləri

Avtomobil sürücüləri arasında yapon istehsalçıların dünyanın ən etibarlı avtomobillərindən bəzilərini istehsal etdiyi fikri geniş yayılıb. Müxtəlif etibarlılıq reytinqləri də bunu təsdiq edir.

HİT.az xəbər verir ki, "HotCars" saytı ikinci əl "Lexus" markalı ən etibarlı 10 avtomobili sıralayıb. Ekspertlərin sözlərinə görə, bu modellər yeni avtomobillərdən daha uzun müddət xidmət edə bilər.

İkinci əl "Lexus" markalı ən etibarlı 10 avtomobil:

1. Lexus LS400 (1996-cı il)
2. Lexus LS460 (2009-cu il)
3. Lexus RX 350 (2020-ci il)
4. Lexus RX 450h (2010-cu il)
5. Lexus GS 350 (2013-cü il)
6. Lexus ES 350 (2012-ci il)
7. Lexus LX 470 (2007-ci il)
8. Lexus IS 350 (2006-cı il)
9. Lexus GX 460 (2010-cu il)
10. Lexus RC 350 (2015-ci il)

1996-cı il istehsalı "Lexus LS400" markanın ən etibarlı modeli kimi tanınıb. Ekspertlərə görə, bu premium sedan nadir hallarda nasazlıqla üzləşir.

Nəşrdə qeyd olunur ki, "Lexus LS400" modelində istifadə olunan 4.0 litrlik atmosfer V8 mühərriki (1UZ-FE) markanın tarixindəki ən etibarlı mühərriklərdən biridir.

Samir
 

Seçilən
10
hit.az

1Mənbələr