ABŞ-ın "Los Angeles Lakers" basketbol klubu satılır.
Klubun sahibi olan Bass ailəsi səhmləri amerikalı milyarder Mark Uoltersə satmağı planlaşdırır.
Razılaşmanın dəyəri 10 milyard ABŞ dolları dəyərindədir. Bu, dünya idman tarixinin ən bahalı alqı-satqı prosesi kimi yadda qalacaq.
Mark Uolter 2021-ci ildən Kaliforniya təmsilçisinin səhmlərinin bir hissəsinə sahib idi. Bu satışdan sonra o, klubun əsas himayədarı olacaq.
Bass ailəsi isə səhmlərin təxminən 15 faizini özündə saxlayacaq. Cini Bass hələ bir neçə il "Los Angeles Lakers"ə rəhbərliyi davam etdirəcək.
Onu da qeyd edək ki, amerikalı biznesmen Mark Uolter eyni zamanda Los Ancelesin beysbol ("Dodgers") və qadın basketbol ("Sparks") komandalarının, eyni zamanda "Kadillak" yarış maşını komandasının sahibidir.
Xatırladaq ki, ABŞ idman tarixində ən bahalı satış 2023-cü ildə "Boston Celtics" basketbol klubunun satışı olub. Həmin vaxt bu klub 6,1 milyard ABŞ dollarına satılıb. \\Offsideplus.az