AZ

Onun bir arzusu vardı… ELNUR ƏŞRƏFOĞLU haqqında MÜSAHİBƏ…

Bu gün Azərbaycan mətbuatında öz peşəkarlığı ilə seçilən media nümayəndələrindən biri, idman jurnalisti, televiziya aparıcısı Elnur Əşrəfoğlunun doğum günüdür.

Dəyərli idman jurnalistimiz, əziz Elnur Əşrəfoğlunun qardaşı Rəşad Şükürov Elnurla bağlı xatirələrini Referans Media ilə bölüşüb:

-Rəşad bəy salam! Məlumdur ki, bu gün Azərbaycanın idman jurnalistikasının ən peşəkar nümayəndələrindən biri – qardaşınız Elnur Əşrəfoğlunun doğum günüdür. Elnur Əşrəfoğlu ilə qardaş olmaq necə bir duyğudur? O qardaş kimi necə qardaş idi?

 

Elnur Əşrəfoğlu ilə qardaş olmaq necə təbii ki, şərəfli bir duyğudur. Elnur Müstəqil Azərbaycan İdman Jurnalistikasının əsaslarını qoymuş şəxslərdən biridir. Təbii ki, onun mənə olan münasibəti, ümumiyyətlə ailəyə olan münasibəti tamamilə bir aristokrat münasibət olub. Hər kəsə qarşı Elnur belə münasibət göstərib. Ümumiyyətlə o, hətta belə deyək ən yaxın dostlarını qardaşından ayrı tutmurdu, bunu onun dostları da təsdiqləyə bilər. Elnur qardaş kimi bir qardaş həmişə mənə arxa-dayaq idi. Məsləhətləri olurdu təbii ki, özü də bəzən arada hansısa bir sıxıntı olanda mənə zəng edirdi dərdləşirdik, söhbət eləyirdik. Onun yoxluğu elə bil ki, mənim üçün böyük bir işığın sönməsidir. Çox işıqlı bir adam idi.  Biz daha çox telefonla əlaqə saxlayırdıq. Həftədə bir dəfə kimi bir yerdə olurduq.

90-cı illərin ikinci ortalarına qədər demək olar ki tez-tez görüşürdük. Meydanda amansız idi, meydandan kənarda uşaqla uşaq, böyüklə böyük idi. Elnur Əşrəfoğlu 1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olub.  Zəngilandan aralı düşmüşdü. 1993-cü ildə Zəngilan işğal olundu. Onun elə bil ki, ruhu işğal olunmuşdu. Çünki rayona, torpağa bağlı bir adam idi.  Zəngilan işğal olunmazdan qabaq o rayona gələndə səhər tezdən qatarla gəlirdi. Səhər tezdən görürdük ki, saat 6-da gəldi. O çox belə rayonu sevirdi. Elnur rayonda Futbol komandası da yaratmışdı. Tətil vaxtı hamını başına yığardı, hamı ilə söhbətləşər, öz fikirlərini bölüşərdi. Onun rayona gəlişi həm öz dostları üçün həm üçün ailə üçün toy – bayram olurdu. Təbii ki, Zəngilanın işğalı onun üçün ağır bir yükü kimi idi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə müzəffər ordumuz Zəngilanı azad edəndə Elnur da sevnirdi.  Deyirdi mütləq Zəngilana getmək lazımdır. Təbii ki, Zəngilana getmək üçün minalar təmizlənməli idi və icazə lazım idi. Onun da elə çox vaxtı yox idi ki, gedə bilsin. Amansız ölüm onu bizdən ayırdı. Ona görə də nisgilli qaldı. Çox təəssüf ki, gedə bilmədi. O həm də deyirdi ki, Zəngilan işğaldan azad olunacaq və Zəngilanda bir idman klubu yaratmaq lazımdır. Çünki vaxtilə Zəngilanda həm futbol komandası və yaxşı şahmat oynayanlar var idi. Elnur özü də yaxşı şahmat oyanırdı. Dərəcəsi də var idi. Deyirdi ki, idman klubu yaratmaq lazımdır. Burada voleybol olsun, futbol olsun, şahmat olsun. Zəngilanda idman klubunun fəaliyyət göstərməsini çox istəyirdi.

-Elnur Əşrəfoğlunun ən çox arzuladığı nə idi? Fikrinizcə bu gün Elnur Əşrəfoğlunun hansı arzuları gerçəkləşib?

-Elnur Əşrəfoğlu ilə bağlı bağlı maraqlı bir xatirənizi bölüşməyinizi istərdik…

-Təbii ki, Elnur Əşrəfoğlunun xatirəsi onu tanıyanlar və sevənlər üçün daim əzizdir. Elnurun xatirəsinin əbədiləşdirilməsi istiqamətində hansısa arzu – istəyiniz varmı?

 

 

 

Elnur Əşrəfoğlu ilə qardaş olmaq necə təbii ki, şərəfli bir duyğudur. Elnur Müstəqil Azərbaycan İdman Jurnalistikasının əsaslarını qoymuş şəxslərdən biridir. Təbii ki, onun mənə olan münasibəti, ümumiyyətlə ailəyə olan münasibəti tamamilə bir aristokrat münasibət olub. Hər kəsə qarşı Elnur belə münasibət göstərib. Ümumiyyətlə o, hətta belə deyək ən yaxın dostlarını qardaşından ayrı tutmurdu, bunu onun dostları da təsdiqləyə bilər. Elnur qardaş kimi bir qardaş həmişə mənə arxa-dayaq idi. Məsləhətləri olurdu təbii ki, özü də bəzən arada hansısa bir sıxıntı olanda mənə zəng edirdi dərdləşirdik, söhbət eləyirdik. Onun yoxluğu elə bil ki, mənim üçün böyük bir işığın sönməsidir. Çox işıqlı bir adam idi.  Biz daha çox telefonla əlaqə saxlayırdıq. Həftədə bir dəfə kimi bir yerdə olurduq.

90-cı illərin ikinci ortalarına qədər demək olar ki tez-tez görüşürdük. Meydanda amansız idi, meydandan kənarda uşaqla uşaq, böyüklə böyük idi. Elnur Əşrəfoğlu 1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olub.  Zəngilandan aralı düşmüşdü. 1993-cü ildə Zəngilan işğal olundu. Onun elə bil ki, ruhu işğal olunmuşdu. Çünki rayona, torpağa bağlı bir adam idi.  Zəngilan işğal olunmazdan qabaq o rayona gələndə səhər tezdən qatarla gəlirdi. Səhər tezdən görürdük ki, saat 6-da gəldi. O çox belə rayonu sevirdi. Elnur rayonda Futbol komandası da yaratmışdı. Tətil vaxtı hamını başına yığardı, hamı ilə söhbətləşər, öz fikirlərini bölüşərdi. Onun rayona gəlişi həm öz dostları üçün həm üçün ailə üçün toy – bayram olurdu. Təbii ki, Zəngilanın işğalı onun üçün ağır bir yükü kimi idi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə müzəffər ordumuz Zəngilanı azad edəndə Elnur da sevnirdi.  Deyirdi mütləq Zəngilana getmək lazımdır. Təbii ki, Zəngilana getmək üçün minalar təmizlənməli idi və icazə lazım idi. Onun da elə çox vaxtı yox idi ki, gedə bilsin. Amansız ölüm onu bizdən ayırdı. Ona görə də nisgilli qaldı. Çox təəssüf ki, gedə bilmədi. O həm də deyirdi ki, Zəngilan işğaldan azad olunacaq və Zəngilanda bir idman klubu yaratmaq lazımdır. Çünki vaxtilə Zəngilanda həm futbol komandası və yaxşı şahmat oynayanlar var idi. Elnur özü də yaxşı şahmat oyanırdı. Dərəcəsi də var idi. Deyirdi ki, idman klubu yaratmaq lazımdır. Burada voleybol olsun, futbol olsun, şahmat olsun. Zəngilanda idman klubunun fəaliyyət göstərməsini çox istəyirdi.

 

 

Onun bir arzusu vardı ki, Mətini futbolçu kimi görmək istəyirdi. Yığma komandada oynamasını istəyirdi. Evdə özü qapı düzəltmişdi, bütün gün Mətinə deyirdi ki sağla vur, solla vur. Çox istəyirdi ki oğlu futbolçu olsun. Düşünürəm ki Mətin elə Elnurun yolunu gedəcək. Övladının ali təhsil almasını da arzu edirdi. Qızı Zöhrə İqtisad Universitetinin 2-ci kurs tələbəsidir. Elnur uşaqlarını belə görməkdən çox şaddır. Xatirələrimiz o qədərdir ki, danışmaqla qurtara bilməz. Çox baməzə adam idi. Bəzən görürsən ki, satira ilə sözləri deyirdi ki, sonra başa düşməyəndə deyirdi get filankəsi oxu. Üzeyir oxu və ya Haqverdiyev oxu. Özü də bir aktyorluğu var idi. Bir fantaziyası vardı. Elnurun özü bir televiziya idi. Xatirələrimizin ən maraqlısı deyə bilərəm ki, bir dəfə Zəngilanda məhəllələrarası futbol çempionatı keçirilirdi. Zəngilanda idarələrarası çempion keçirilirdi. Kimi arasında 1991-92-ci ilə təsadüf edirdi. Zəngilanda bizim evimizdə işıq idarəsinin yanında yerləşirdi. Işıq arasında bir transmovator var idi. Təbii ki o vaxtlar işıq zəif idi, elektrik enerjisi çatışmayan vaxtları idi. Həmin trasmovator gücə düşüb tez-tez yanardı. Məhlənin adından yığışıb futbol komandası yaratmışdıq. Onun adını Elnur Alov qoymuşdu. Həmin komanda da finalda uduzmuşdu. Heç kimin gözləmədiyi bir halda olur. Elə uşaqlar aparmışdı ki əsl komanda formalaşdırmışdı. Elnurun xatirəsini əbədiləşdirmək üçün mən bir Mətbuat Şurasına təklif vermişdim ki, Elnur əməkdar idman jurnalisti adını alsın. Mən düşünürəm ki o buna layiq idi. Amma belə təqdimat olmamışdı. Onun xatirəsi doğulduğu Zəngilan rayonunda nəyləsə əbədiləşsin. Həm də çox istəyirəm ki, bizim mətbuatda hansısa bir orqan idman jurnalistlərinin illik mükafatını Elnur Əşrəfoğlunun adıyla versin. Çünki qeyd etdiyim kimi o Müstəqil Azərbaycan mediasının əsas şəxslərindən biridir. O baxımdan çox istəyərdimki Elnurun adı idman jurnalistləri üçün olan mükafatla əbədiləşdirilsin.

Orbey

image-img-20250619-wa0062

image-img-20250619-wa0066

image-img-20250619-wa0063

image-img-20250619-wa0070

image-img-20250619-wa0068

image-img-20250619-wa0061

image-img-20250619-wa0065

image-img-20250619-wa0069

image-img-20250619-wa0071

image-img-20250619-wa0064

image-fb_img_1750321460910   image-fb_img_1750321470063Söhbətləşdi: Bünyamin Bünyadzadə

 

Seçilən
5
busaat.az

1Mənbələr