Bakı. Trend:
İyunun 18-19-da Qırğız Respublikasının Bişkek şəhərində "Dövlətmaliyyə idarə edilməsi sahəsində təcrübə mübadiləsi" mövzusunda IIIbeynəlxalq konfrans keçirilib.
Maliyyə Nazirliyindən Trend-ə bildirilib ki, dövlət maliyyə idarəçiliyisahəsində əməkdaşlığın gücləndirilməsi və peşəkar təcrübəmübadiləsinin təşkili məqsədilə təşkil olunan tədbirdə AzərbaycanRespublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri FazilFərəcov və Nazirliyin Ortamüddətli xərclər çərçivəsininhazırlanması mərkəzinin direktoru İlham Kərimov iştirakediblər.
Tədbirdə İlham Kərimov "Azərbaycanda dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatlar, xüsusilə nəticə əsaslıbüdcə planlaşdırmasına alternativ yanaşma" mövzusunda təqdimatlaçıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Konfrans çərçivəsində həmçinin nəticəəsaslı büdcənin tətbiqiprosesində büdcə alətlərindən istifadə və büdcə prosesininrəqəmsallaşdırılması mövzularında müzakirələr aparılıb.
Beynəlxalq konfrans dövlət maliyyə idarəçiliyi sahəsindəqabaqcıl təcrübələrin paylaşılması və əməkdaşlığın inkişafı üçünmühüm platforma rolunu oynayır. Tədbir çərçivəsində aparılanmüzakirələr iştirakçı ölkələrin büdcə planlaşdırma və idarəetməsistemlərinin təkmilləşdirilməsinə öz töhfəsini verir.