AZ

6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məşğulluq xidmətləri də təqdim edilir - FOTOLAR

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin tərəfdaşlarından biri olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi sərgidə ayrıca stend ilə təmsil olunur.

QHT.az xəbər verir ki, dörd gün davam edəcək sərgi çərçivəsində əmək yarmarkaları da təşkil olunur. Həmçinin müraciət edən şəxslərə Agentliyin karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətləri göstərilir. Eyni zamanda işəgötürənlərə onların fəaliyyətlərinin dəstəklənməsinə yönəlmiş xidmətlər barədə məlumat verilir. 

Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb edilmiş əlilliyi olan şəxslərin əl işləri də sərgidə yer alıb.

“Bakı Ekspo Mərkəzi”ndə keçirilən sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirir. Sərgi iyunun 21-dək davam edəcək.

Qeyd edək ki, “Yerli şirkətlərin tanıtım sərgisi” artıq 6 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviq etməkdir.

Seçilən
3
2
qht.az

3Mənbələr