AZ

Günəş yanığı zamanı nə etməli: Altı təsirli məsləhət

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Günəş yanığı adətən istirahət zamanı və ya açıq havada uzun müddət qaldıqda yaranır. Bu səbəbdən həm yanıqdan necə qorunmaq, həm də yanıq artıq olduqda nə etmək lazım olduğunu bilmək vacibdir. Çoxlarımız gün ərzində günəş altında çox qalaraq dərimizin yandığını və bunun nəticəsində yanma və diskomfort hiss etdiyimizi yaşamışıq.

Lent.az xarici mediaya istinadla bildirir ki, hətta günəşdən qoruyucu krem çəksək belə, bəzən yanıqdan qaçmaq olmur.

1. Soyuq flanel parçadan istifadə edin

"Zədələnmiş sahəyə soyuq və təmiz flanel parça qoyun. Bu, dərinin səth temperaturunu aşağı salacaq və dərini sakitləşdirəcək", – həkim tövsiyə edir.

Bu üsul dərinin özünü "xeyli yaxşı hiss etməsinə" kömək edəcək.

2. Aktiv maddələrdən uzaq durun

Smodji qeyd edir ki, bir çox insanlar təzə aloe vera kimi vasitələrdən istifadə edir, lakin bu infeksiya riskini artıra bilər. Əvəzində, sadə tərkibli, qliserin və keramid əsaslı nəmləndiricilərdən istifadə etmək daha doğrudur. Onlar dərini sakitləşdirir, nəmləndirir və qoruyucu baryer yaradır.

3. Antihistamin preparatları qəbul edin

Günəş yanığı ilə yanaşı çox vaxt şişkinlik də yaranır. Bu zaman antihistamin preparatları iltihab əleyhinə təsir göstərərək rahatlıq verə bilər.

4. Qoparma və pilinq etməyin

Həkim xəbərdarlıq edir ki, dərini qoparmaq və ya pilinq etmək bu sahəni daha da zədələyə, infeksiyaya və çapıqlara səbəb ola bilər. Zədələnmiş nahiyəni qətiyyən qaşımaq və ya soymaq olmaz.

5. Günəşdən uzaq olun

Yanıqdan sonra dərinin sağalmasına zaman tanımaq vacibdir. Bu müddətdə birbaşa günəş işığından uzaq durmaq lazımdır.

"Dəriyə sağalmaq üçün vaxt verin. Tam bərpa olunması bir az zaman alır".

6. Günəşdən qoruyucu krem istifadə edin

Yanıqdan sonra və gələcəkdə belə halların qarşısını almaq üçün SPF 30 və ya daha yüksək qoruyuculu krem istifadə olunmalıdır. Kremi çölə çıxmazdan 30 dəqiqə əvvəl çəkin və hər 2 saatdan bir təzələyin.

“Yetkin insanlar bədənlərini tam örtmək üçün 6-8 çay qaşığı krem çəkməlidirlər. Əgər suya girirsinizsə və ya tərləyirsinizsə, suya davamlı formulalar seçin”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
2
lent.az

3Mənbələr