AZ

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib

Bakı. Trend:

İyunun 19-da xüsusi hazırlıq keçmiş taksi minik avtomobilisürücüləri üçün növbəti test imtahanı keçirilib.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumatverilib.

Bildirilib ki, imtahan elektron qaydada kompüter vasitəsilə 1saat müddətində aparılıb və namizədlərə biliklərini nümayişetdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanıyekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqdanəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçininsabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1588 namizədqeydiyyatdan keçmişdir. Onlardan 1511 namizəd imtahana gəlib.İmtahan nəticələrinə əsasən, 1072 namizəd tələb olunan şərtləriödəyərək uğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı vəavtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativhüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığınproqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və dahaçox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlarvə onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdimediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavəməlumat veriləcək.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 20 və 21iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahanMərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.

Seçilən
4
49
az.trend.az

10Mənbələr