Mərmərə dənizində köpəkbalığı növləri sürətlə yoxa çıxır.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu fakt İstanbul Universitetinin Su Elmləri Fakültəsində aparılan araşdırma materialında yer alıb.
"Oksigen azalmaları daha çox Mərmərə dənizinin 3 böyük çökəkliyində də artıq özünü göstərir. Bu, təbii ki, köpək balıqlarını da stresə salıb. Onların sahilə yaxın tez-tez görünməsi də bununla əlaqəlidir. İndi dənizdə elə bir vəziyyət yaranıb ki, köpək balıqlarının artımı da çox ciddi şəkildə azalmağa başlayıb. Populyasiyalarının azalması canlıların özlərini yeniləmək qabiliyyətinin olmadığını təsdiqləyir. Yəni,nəsil itkisi təhlükəsi artıb. Əminliklə deyə bilərik ki, köpəkbalığı Mərmərə dənizində çox ciddi təhlükə altındadır. Burada dənizin çirklənməsinin də müstəsna rolu var. Dövlət mütləq köpək balıqlarını qorunmaya almalıdır. Ölkəmizdə 30-a yaxın köpəkbalığı növü var, onlar qorunmasa, tezliklə, çoxu itəcək. Unutmayaq ki, bir ekosistemdə köpəkbalığı və iri balıqlar varsa, bu, o ekosistemin sağlam olduğunu göstərir. Amma Mərmərə dənizində artıq nə iri balıq, nə tuna, nə də qılınc balıqları var. İndi köpək balıqlarının sayı da azalmağa başlayıb. Tuna balığı ilə qidalanan ağ köpəkbalığı indi Mərmərə dənizindən yoxa çıxıb. Dediyim kimi, Mərmərə dənizinin çirklənmə yükü yüksəkdir və oksigen səviyyəsi azalır. Bundan əlavə, mərcan yataqlarının pisləşməsi təbii ki, köpək balıqlarının çoxalma məskənlərini böyük ölçüdə azaldıb".
Firudin Səfərli
MİA.AZ