AZ

Naxçıvanda ən yüksək nəticəni bu müəllimlər göstərdi - FOTO

İyunun 19-da Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ikinci günündə coğrafiya və ibtidai siniflər üzrə tədris aparan təhsilverənlər iştirak edib.

Redaktor.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin açıqlamasında deyilir.

Bildirilib ki, imtahanda coğrafiya fənni üzrə ən yüksək nəticəni Culfa Şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Elza Yusifzadə (59 bal), ibtidai sinif müəllimləri üzrə isə Kəngərli Rayon Xok kənd tam orta məktəbinin müəllimi Ruqiyyə Bayramova (56 bal) göstərib.

Qeyd edək ki, bu günkü prosesdə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində çalışan 106 təhsilverən iştirak edib və 100 faiz davamiyyət qeydə alınıb. ️Prosesdə iştirak edən 34 ibtidai sinif müəllimindən 17-si, 72 coğrafiya müəllimindən isə 33-ü 51 və daha yüksək nəticə göstərib.

Turan İSMAYIL

2
Seçilən
3
2
redaktor.az

3Mənbələr