Fransa yığmasının və İspaniyanın “Real” (Madrid) komandasının hücumçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, futbolçuya kəskin qastroenterit diaqnozu qoyulub. Hazırda Amerika Birləşmiş Ştatlarında (ABŞ) olan Madrid təmsilçisi klublararası dünya çempionatında iştirak edir.
Xatırladaq ki, Kilian Mbappe FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin ilk turunda, Səudiyyə Ərəbistanının “Əl-Hilal” kollektivinə qarşı keçirilmiş matçda (1:1) soyuqdəymə səbəbindən meydana çıxmamışdı.
Fransalı forvard ötən mövsüm “Real”ın heyətində 56 matçda 43 qol vurub və 5 məhsuldar ötürmə edib.