AZ

Belleqprom konserninin sədri Tatyana Luqinanın Baku TV yə özəl müsahibəsi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

İyunun 18-də Belarus Respublikasının Azərbaycandakı səfirliyində "Belleqprom" konserninin nümayəndələri ilə Azərbaycan işgüzar dairələrinin nümayəndələri arasında görüş keçirilib.

Heyətə yüngül sənaye mallarının istehsalı və satışı üzrə Belarus Dövlət Konserninin sədri Tatyana Luqina rəhbərlik edir. O, Baku TV-nin suallarını cavablandırıb.

Belarusla Azərbaycan arasında mövcud əməkdaşlığı qiymətləndirən T.Luqina bildirib:

"Son illər xüsusilə müxtəlif yüngül sənaye məhsullarının dövriyyəsinə dair statistik məlumatlara baxsaq, bu, təxminən beş milyon dollardır. Fikrimcə, bu kifayət deyil. Əlbəttə, biz öz yüngül sənayemizə malik olduğumuz üçün başa düşürük ki, Azərbaycan coğrafi cəhətdən yaxın olan ölkələrlə əməkdaşlıq edir. Bunlar Türkiyə, Özbəkistan, Tacikistan kimi uzun müddətdir yüngül sənaye sektorunu inkişaf etdirən ölkələrdir. Xüsusən də Türkiyəni qeyd etmək olar ki, orada sözün əsl mənasında, hər şey istehsal olunur".

"Biz Azərbaycan bazarına Belarus istehsalı olan yüngül sənaye məhsullarının bütün çeşid qruplarını təklif etməkdə israrlı deyildik", - deyən sədr əlavə edib:

"Son illərdə xalqlarımız, ölkələrimiz, dövlət başçılarımız arasında qarşılıqlı münasibətlər, eləcə də müşahidə etdiyimiz iki ölkənin müxtəlif nümayəndə heyətlərinin və biznes dairələrinin qarşılıqlı fəaliyyəti həqiqətən də əməkdaşlığın və dostluğun təzahürüdür. Ən əsası, Azərbaycanın milli mədəniyyəti və həyat tərzi ilə tanışlıq bizi belə düşünməyə vadar etdi ki, buradakı bazarda iddialı olmaq və Belarus haqqında daha çox məlumat vermək lazımdır".

Daha ətraflı Baku TV-nin süjetində:

"Belleqprom" konserninin sədri Tatyana Luqinanın "Baku TV"yə özəl müsahibəsi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
oxu.az

1Mənbələr