"Real"ın müdafiəçisi Lukas Vaskes karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" ispaniyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul nəhəngi "kral klubu" ilə müqaviləsi 30 iyun tarixində başa çatan 33 yaşlı sağ cinah müdafiəçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Lukas Vaskes 2007-ci ildə "Real"ın akademiyasına qoşulub. İspaniya millisinin sabiq üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi maatçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O. hazırda komanda ilə birlikdə ABŞ-də keçirilən klublararası dünya çempionatında iştirak edir.
saytlarin hazirlanmasi