Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
"İran ehtiyac duyarsa, dəstək verərik".
"AzPolitika" xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.
Bu bəyanatdan dərhal sonra diqqətlər Kim Çen Inın “mütləq üstünlük simvolu” adlandırdığı "Hwasong-16B" ballistik raketinə yönəlib. Bir neçə ay əvvəl şəxsən sınaq buraxılışını izləyən Şimali Koreya lideri, bu raketi “müdafiə texnologiyasının zirvəsi” kimi təqdim etmişdi.
Hərbi mənbələr "Hwasong-16B" raketinin İrana göndərilməsi ehtimalının ciddi şəkildə müzakirə edildiyini bildirirlər. Belə bir addımın Yaxın Şərqdəki geosiyasi tarazlıqları daha da mürəkkəbləşdirə biləcəyi vurğulanır.
Ekspertlər bildirirlər ki, Şimali Koreyanın bu cür dəstək açıqlaması təkcə İsrail-İran müharibəsinin gedişatına deyil, həm də ABŞ, Çin və Rusiya kimi böyük güclərin regiondakı mövqelərinə birbaşa təsir göstərə bilər.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.